Şəxsi İntizam: On göstəriş

Uşağınızın İntizamda böyüməsini dəstəkləmək üçün evdə edə biləcəyiniz on şey

Ətrafını onun ölçüsündə olan mebel və avadanlıqlarla hazırlayın. Məsələn, yerkökü və ya çiyələk yumaq istədikdə, bir masada oturub ölçüsünə və əllərinə uyğun kiçik mətbəx vasitələrindən istifadə edəcəkdir. Rəfi silmək, süpürmək, corabları yumaq, yeməkdən sonra masanı silmək, qatdalamaq , paltar yığmaq, süfrəni düzəltmək və s. kimi işləri görməyin yollarını göstərin.

Qoy öz səhvlərindən öyrənsin. Çalışdığınız kimi tez və səmərəli şəkildə işləməyəcək. Yer silməyi öyrənirsə, bitirdikdə yerdə sabun və su ola bilər. Proses, təmiz döşəmələrə sahib olmaqdan daha çox onun daxili böyüməsi üçün daha vacibdir. Tapşırıqları onun yerinə etməkdənsə, onunla bölüşərək təmizləməsinə kömək edin.

Ev əşyalarını və oyuncaqları təyin edilmiş məqsədlər üçün istifadə edin. Uşağınız oyuncağını atırsa, "oyuncaqlarına yumşaq davranmalısan" deyin. Körpə uşaqlar bəzən şıltaqlıq edirlər, lakin bu onların dağıdıcı olduqlarını bildirmir. Oyuncağı yenidən atırsa, onu yönləndirin: "Çölə çıxa və orda topu ata bilərsən."

Lazım olduqda, real seçimlər təklif edin. Seçimlər sadə olmalıdır, məsələn, onun sendviçində fıstıq yağı və ya pendir, qırmızı ya da yaşıl almanın olması kimi. Seçimlər çoxdursa bu yaşda gündə bir neçə seçim kifayətdir.

Onunla müsbət və səmimi danışın. Uşağınız müsbət qayda-qanun ilə inkişaf edəcək və boş təriflərə ehtiyac olmayacaq. "Sən belə yaxşı köməkçisən" demək əvəzinə, "süfrə açmağa kömək etiyin üçün təşəkkür edirəm" deyin. "Masadan düş" əmr vermək əvəzinə onu masadan qaldırın və "Yerdə gəzə bilərsən" deyin.

Uşağınızda istədiyinizi etdiyinə görə mükafatlandırma ehtiyacını yaratmayın. Uşaqlar üçün mükafat işin özündədir. Yetkinlər "işləmək" dedikdə etməli olduğumuz bir şeyi düşünə bilər, ancaq uşaqlar üçün etdikləri iş onların oyunudur.

Ardıcıl gündəliklər edin. Uşaqlara müntəzəm yuxu vaxtı, müntəzəm yemək, ailə üzvləri ilə vaxt və kənarda oynamaq imkanları lazımdır. Günləri proqramlaşdırıldıqda o, onu nə gözlədiyini bilir.

Ailəniz üçün qaydalar təyin edin və hamının onları tətbiq etdiyinə əmin olun. Uşağınızın tələblərinə həmişə razı olsanız, ondan nə gözlənildiyinizi anlaması çətin olacaq.

Reaksiya vermədən əvvəl hər vəziyyəti qiymətləndirin. Uşağınız idarəetməni itirmişsə, ac, yorğun, əsəbi olub-olmadığını özünüzdən soruşun. Hər vəziyyət fərqli bir cavab tələb edir.

Cəzanın işə yaramadığını başa düşün. Cəza məhdud dəyərə malikdir, çünki uşağın nə etməli olduğundan daha çox nə etməməsinə diqqət etməsinə səbəb olur və çox vaxt kiçik bir problemi daha da böyük edir. Körpə uşaqlar tez-tez cəzanı xatırlaya bilər, amma cəzaya səbəb olan davranışla əlaqələndirə bilməzlər.