Söhbət etmək

Ətraflı formada bir dil mühiti hazırlayın

  • Siz və uşağınızın ətrafındakı digər böyüklər onun dil mühitini təşkil edir. Əmin olun ki, siz onun həyatında iştirak edən hər kəs hər zaman ətraflı, ifadəli dildən istifadə edirsiniz.
  • Körpənizin söhbət etməyə vaxt sərf etdiyi kər kəsin cavab verməyin əhəmiyyətini başa düşdüyündən əmin olun. Körpə çox çalışır və bu qiymətləndirildikdə, cəhd etməyə davam edəcəkdir, amma heç kim əhyəmiyyət verməzsə, səylərinin nəticəsiz olduğunu hiss edər və cəhdlərini dayandıra bilər.

Gündəlik təcrübə ilə uşağınızı ətraflı dilə bağlayın

  • Çimmək, təmizləmək, yemək hazırlamaq, paltar hazırlamaq üçün istifadə etdiyiniz hər bir kəlimə uşağınızın öyrəndiyi bir sözdür. Obyektlərə ad verməklə onların fəaliyyətini də izah edirsiniz. Məsələn, körpə qaşıqları, şorba qaşıqları, xidmət qaşıqları və çay qaşıqları var. Hamısını qaşıq adlandırmaqdansa, bu cür sözləri istifadə etdiyiniz daha uyğundur. Bu sözlərin uşağınız üçün çox mürəkkəb ola biləcəyindən narahat olmayın. Bu detallı sözlər gündəlik həyat kontekstində istifadə edildiyi zaman onun üçün mənalı olacaq və dilini zənginləşdirəcəkdir.
  • Mümkünsə düzgün qrammatika və tam cümlələrdən istifadə edin. Uşağınızın hamısını başa düşməsi üçün, özünü açıq şəkildə ifadə etməsi üçün yaxşı bir model verəcək nitqdən istifadə edin.

Söhbətə vaxt ayırın

  • Söhbətin ortaya çıxmasını səbrlə gözləmək lazımdır. Uşağınızın başa düşdüyü sözlər həmişə istifadə etdiyi sözlərdən çox olacaqdır. Sən ona deyə bilərsən ki, gedib ayaqqabısını tapsın və o, otağı gəzib tapdıqda onları havada tutub deyəcək: 'Ana ayaqqabılarımı tapdım' . Əvvəlcə birtərəfli söhbətlər aparmaq və onun sizə deməyə çalışdığı şeyləri izah edə bilməsi üçün kifayət qədər səbirli olmalısınız.