Körpənizi hərəkət üçün həvəsləndirən bir mühit yaradın
Hərəkət döşəkçəsinə körpənizin əli çatmayan yerlərdə maraqlı əşyalar asın. Əli ilə asanlıqla qavraya biləcəyi və yavaş hərəkət edən toxunmuş və ya parça toplar, tuta bilmədiyi tez qaçan topların əksinə olaraq daha yaxşıdır
Onu onlara çatmağa təşviq edin
Cisimləri əli çatmayan yerə qoyun ki, o onlara uzansın, sürüşsün , sürünsün və iməkləsin. Cisim körpənizin əlindən çox uzaqlaşdıqda onu ona yaxınlaşdıra bilərsiniz. O, bir obyekti əldə etməyə və tutmağa çalışarkən qarnı üstə vəziyyətdən kürəyi üstə, daha sonra isə qarnı üstə yuvarlanmağa başlayacaq, buda sürüşməyə və iməkləməyə başlamağa kömək edəcəkdir.
Vaxt verin
O obyektlərə çatmaq üçün bir az mübarizə aparsın. Əlindəki əşyaları alaraq səy göstərməsini dayandırmağa tələsməyin. səy göstərməsi lazım olan odur, siz deyilsiniz